Hamilton ABŞ Qran-prisinin qalibi oldu

hamilton-abs-qran-prisinin-qalibi-oldu
Oxunma sayı: 680

“Mercedes” komandasının pilotu Luis Hamilton ABŞ Qran-prisinin qalibi olub.

Qafqazinfo” xəbər verir ki, ikinci yeri Hamiltonun komanda yoldaşı Niko Rosberq tutub. Üçüncü pilləni isə “Red Bull” komandasının pilotu Daniel Rikkyardo ələ keçirib.

Hamiltonun Qran-prilərdə qazandığı yarışların sayı 50-yə çatıb.

Növbəti Qran-pri oktyabrın 28-dən 30-na kimi Meksikada keçiriləcək.