Hafiz Mәmmәdovun klubu çempionatdan qovula bilər

hafiz-mmmdovun-klubu-cempionatdan-qovula-biler
Oxunma sayı: 949

Birinci divizion təmsilçisi “Bakı” tarixin yaddaşına köçmək ərəfəsindədi. "Qafqazinfo" xəbər verir ki, bu barədə futbolinfo.az saytına məlumatı AFFA-nın hüquqşünası Rəmiş Malıyev verib.

Vaxtilə Çempionlar və Avropa Liqasında iştirak etmiş “zolaqlılar”ın aqibəti ilə bağlı verdiyimiz suala AFFA funksioneri bədbin cavab verib:

“Klubun qarşısına qoyulan tələb yerinə yetirilməyib. Köhnə borclar ödənilməyib. Bu səbəbdən cari mövsümdə “Bakı”nın hesabından 2 dəfə xallar silinib. Yəqin ki, mövsüm başa çatdıqdan sonra qarşımıza paytaxt təmsilçisinin aşağı diviziona göndərilməsi tələbi qoyulacaq. Nəzərə alsaq ki, ölkəmizdə 1-ci diviziondan aşağı dəstə yoxdu, kluba bu yarışda iştirak etməyə də icazə verilməyəcək”.