“Günahkar mənəm, futbolçular deyil” - Luis Enrike

gunahkar-menem-futbolcular-deyil
Oxunma sayı: 2043

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyun günündə PSJ öz meydanında “Barselona”nı 4-0 hesabı ilə məğlub edib.

Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, oyundan sonra Luis Enrike qarşılaşma ilə bağlı fikirlərini bildirib.

“Bizim üçün ağır gecə idi. Oyuna görə bütün məsuliyyət mənim üzərimə düşür. Günahkar mənəm, futbolçuları deyil. Axı onlar həmin oyunçulardırlar ki, digər günlərdə qələbə qazanırlar. 

PSJ bütün komponentlərdə bizdən üstün idi, həm topla, həm də topsuz. Yekun nəticə meydanda baş verənləri tam olaraq əks etdirir”, - deyə Luis Enrike söyləyib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 8-də Nou Kampda keçiriləcək.