Gimnastika üzrə Dünya Kubokunun bağlanış mərasimindən - Fotolar

gimnastika-uzre-dunya-kubokunun-baglanis-merasiminden
Oxunma sayı: 1001

Bakıdakı Milli Gimnastika Arenasında qala-konsert və bədii gimnastika üzrə Dünya Kuboku yarışının bağlanış mərasimi keçirilib.

Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, qala-konsertdə Azərbaycan bədii gimnastikasının indiki və gələcək ulduzları, o cümlədən Marina Durunda, Jalə Piriyeva və ölkənin qrup komandası nümunəvi nömrələrlə çıxış ediblər.

Rəngarəng bağlanış mərasimi "Balaca şahzadə"nin Azərbaycandan öz planetinə qayıdışına həsr olunub. İlk nömrə "Cənab leytenant" mahnısının sədaları altında rəqs olub.

Milli koloritlə zəngin mərasimdə gimnastikanın müxtəlif növlərini təmsil edən gimnastlar iştirak ediblər.

Tamaşa zamanı "Balaca şahzadə" bütün Azərbaycan ərazisi üzrə səyahət edib və sonda Rio Olimpiadasının rəmzi sayılan alovu Marina Durundaya təqdim edib.

Tamaşaçılar tədbirdən razı qalaraq gimnastları və şou təşkilatçılarını gur alqışlayıblar.