Gəncədə mübahisəli qol, əlbəyaxa dava, 2 “qırmızı” - Video

gencede-mubahiseli-qol-elbeyaxa-dava-2-qirmizi
Oxunma sayı: 3245

Topaz Premyer Liqasının 20-ci turunda “Qəbələ” səfərdə “Kəpəz”in qonağıdır. “Qafqazinfo” xəbər verir ki, hazırda davam edən matçda bir sıra qalmaqallı anlar yaşanıb. 

Meydan sahiblərinin 36-cı dəqiqədə vurduğu qol müzakirələr səbəb olub. Şəhriyar Rəhimovun qolunun ofsayd olmasını iddia edən qonaq azarkeşlər hakimə etiraz edib.

Bundan 2 dəqiqə sonra matçın baş hakimi Əliyar Ağayev “Qəbələ”dən Nika Kvekveskiriyə, “Kəpəz”dən isə Nicat Qurbanova əlbəyaxa dava etdiklərinə görə qırmızı vərəqə göstərib.