“Gələn oyun sizə göstərəcəyəm” - “Daçiya”nın prezidenti

gelen-oyun-size-gostereceyem-
Oxunma sayı: 2156

Avropa Liqasının birinci təsnifat mərhələsində “Kəpəz”lə qarşılaşan “Daçiya”nın prezidenti Adlan Şişxanov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Qafqazinfo” xəbər verir ki, o oyun haqda ümumi fikirlərini bildirib:

- Görünür ki, komandanız avrokuboklar üçün darıxmışdı. Bu gün yaxşı oynadılar. Düzünü deyim ki, biz belə oynayacağını da gözləyirdik. Ancaq ilk oyunda səfərdə heç-heçə yaxşı nəticədir. Ən yaxşı nəticə deyil, ancaq ən pis nəticə də deyil.

- Mətbuat konfransında sizin baş məşqçiniz demişdi ki, bizim prezident hətta səfərdəki heç-heçəni də yaxşı nəticə kimi qəbul etmir, siz isə deyirsiniz ki, bugünkü nəticə yaxşı oldu...

- Mən həmişə demişəm biz hər zaman, evdə ya səfərdə, həmişə qələbəyə oynamışıq. Bu gün isə bərabərlik əldə etdik. Bu, elə də pis nəticə deyil. Çünki “Kəpəz” çox istəkli oynayırdı.

- Komandanı kim idarə edir? Prezident, ya baş məşqçi?

- Mən orda olanda komandam daha yaxşı oynayır. Lazım olsa ki, mən orda olmayım, çıxmaram.

- Bəs bu baş məşqçiyə hörmətsizlik deyil?

- Niyə? Biz çoxdandı bu şəkildə çalışırıq. Özümüzü də normal hiss edirik.

- Dəyişiklikləri də siz edirsiniz?

- Futboldan sual verin, mən də cavab verim.

- Öz komandanız haqqında danışın...

- Mənim əla komandam var. Gələn oyunda sizə göstərəcəm.

- Deyirsiniz ki, ikinci oyunda hər şey yaxşı olacaq. Siz öz komandanıza bu qədər güvənirsiniz?

- Baxın, mən yenə deyirəm. “Kəpəz” çoxdandı oynamır Avropada. Biz isə hər il çıxış edirik. Onlar həvəsli idilər. Öz meydanlarında isə ikiqat əzmlə oynayırdılar. Növbəti oyunda isə hər şey daha fərqli olacaq. Oyundan sonra danışarıq.

- Siz bu gün heyətə ötən mövsüm hətta 1 dəqiqə belə oynamamış 5 oyunçu salmışdınız. Bu nə ilə əlaqədardı?

- Çünki biz düşündük ki, bu gün bu oyunçular bizə nəticə qazandıra bilər. Ümumi bizim oyunları analiz etsəniz, görərsiniz ki, biz çempionatda 28 oyun boyunca heç bir oyuna ardıcıl iki eyni heyətlə çıxmamışıq.

- “Kəpəz”dən hansısa oyunçu xoşunuza gəldimi?

- Bütün oyunçular yaxşı təsir bağışladılar. Uşaqlar hamısı bütün güclərini ortaya qoymuşdular. Bir klub prezidenti kimi mənə xoşdu ki, biz yüzlərlə kilometr yolu boşuna gəlməmişik və gözəl oyun izlədik.