“Gәlin pis bir şey fikirlәşmәyәk” - Qriqorçuk

glin-pis-bir-sey-fikirlsmyk-
Oxunma sayı: 936

Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Samtredia” ilə keçirəcəkləri matçöncəsi jurnalistlərin suallarını cavablandırıb.

Qafqazinfo” təcrübəli mütəxəssisin müsahibəsini təqdim edir:

- Komanda ötən mövsüm “Dinamo” Tbilisi ilə qarşılaşmışdı. Bu dəfə də Gürcüstan təmsilçisi ilə qarşılaşacaqsınız. Komandada ab-hava necədir?

-Artıq bunu müzakirə etmək istəməzdim. Komandamız yenidir. Qısa bir vaxt ərzində hazırlaşmışıq. Heyətimizdə yeni futbolçular var. Komandada ab-hava yaxşıdır. Sabah əlimizidən gələni edəcəyik.

- Yeni futbolçular komandaya uyğunlaşıblar? Start heyəti müəyyənləşdirmisiniz?

- Start heyəti müəyyənləşdirmişəm. Amma açıqlamayacam. Bildiyiniz kimi, kollektivimizə gənc futbolçular da qoşulub. Yeni transferlərimizdən hücuma meyilli futbolçular çoxluq təşkil edir. Onlar yoldaşlıq görüşündə yaxşı təsir bağışlamışdılar.

- Rəqibi necə dəyərləndirirsiniz?

- Rəqib hücuma meyilli futbol oynayır. Onları yaxşı analiz etmişdik. “Samtredia”nın qarşısını almaqda çətinlik çəkəcəyik. Öz oyunumuzu nümayiş etdirsək, qalib gələ bilərik.

- “Dinamo” Tbilisi ilə “Samtredia” arasında nə fərq var?

- “Dinamo” Tiblisi bu mövsüm çempion olub. Mən bu iki komandanı müqayisə etmək istəməzdim. Rəqibimiz çox ciddidir.

- Gürcüstandakı hazırlığın komandaya xeyri olacaq?

- Orada hava çox sərin keçdi. Rəhbərlik bizə yaxşı şərait yaratdı. Hazırlığımız yüksək səviyyədə oldu.

- Zenyovu son anda komandada saxladınız. Hücumçu tapa bilmədiyiniz üçün estoniyalını saxladınız?

- Onun bizimlə müqaviləsi var. Mən Zenyova güvənirəm və ona inanıram.

- İnanırdınızsa, əvvəlcədən niyə aparmadınız?

- Zenyov əvvəlcə fərdi məşq edirdi. Daha sonra o hazır oldu və komandaya qatıldı. Bu gün biz faktdan danışırıq. Zenyov bizim futbolçumzudur.

- Ötən mövsüm həmişə 5:0 hesablı qələbədən danışırdınız. Bu gün isə susmusnuz...

- Mən istəyirəm ki, 6:0 hesabı ilə qalib gələk. Amma bu, çətindir. Çünki rəqib güclüdür.

- Favorit olmağınız komandanı arxayınlaşdırmır?

- Düşünmürəm ki, sabah biz favoritik. Hətta bir çoxları rəqibi favorit görür. Sabah kim daha çox hazırlaşıbsa, o qalib gələcək. Biz ötən mövsüm yaxşı təcrübə yığmışıq. Favorit olmağımız bizi arxayınlaşdırmır.

- Yeni transfer Baqali Dobonu start heyətdə görə biləcəyik?

- Yeni transferləri komandaya mən dəvət etmişəm. Heyətə cəlb edilən futbolçulara güvənirəm.