“Futbolçular vaxtlı-vaxtında maaş alır” - Svanadze

futbolcular-vaxtli-vaxtinda-maas-alir
Oxunma sayı: 782

Zaur Svanadze: “Bu qərar qəbul olunsa...”

Topaz Premyer Liqasının XX turunda “İnter” doğma meydanında “Qəbələ”ni qəbul edib. Qarşılaşma 1-0 hesabı ilə qonaqların qələbəsi ilə başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, oyundan sonra mətbuat konfransında “İnter”in baş məşqçisi Zaur Svanadze qarşılaşmanı şərh edib: 

"İki ardıcıl məğlubiyyət alırıq. Çalışacağıq ki, nəticələri düzəldək".

- Ardıcıl məğlubiyyətlərə səbəb nədir?

-Futboldan kənar söhbətlər yoxdu. Futbolçular vaxtlı-vaxtında maaş alır. Sadəcə, vəziyyəti düzəltməliyik.

- 90 dəqiqə ərzində “Qəbələ”yə qarşı oynamaq çətindir yoxsa küləyə qarşı?

-Birinci hissədə küləyə qarşı oynadıq. İkinci hissədə qol vəziyyələrimiz oldu. Son nöqtəni qoymaqda çətinlik çəkirik. Bunu aradan qaldırmalıyıq.

- Bildirdiniz ki, hücumda problemimiz var. Mətbuatda belə bir xəbər yayılmışdı ki, hücumçu axtarışındasınız. Bu barədə işlər gedirmi?

- Biz əvvəllər hücumçu axtarırdıq. Amma ini axtarışı dayandırmışıq. Gələn mövsümündən hücum xəttini gücləndirməyə çalışacağıq.

-Komandanın Avrokubolardan kənarda qalması deyilir. Ola bilərmi bu futbolçuları həvəsdən salsın...

- Bu barədə hələlik qərar qəbul edilməyib. Əgər qəbul olunsa bu futbolçularlı həvəsdən sala bilər.