“Futbolçular rəqibin ad-sanından qorxmadılar” - Baş məşqçi

futbolcular-reqibin-ad-sanindan-qorxmadilar
Oxunma sayı: 995

Azərbaycan Premyer-Liqasının 6-cı turunda "Kəpəz” doğma meydanda "Qarabağ”ı qəbul edib.

Qafqazinfo” Futbol11.az-a istinadən xəbər verir ki, qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Oyundan sonra meydan sahiblərinin baş məşqçisi Şahin Diniyev matç barədə fikirlərini belə bölüşüb: "Oyundan qabaq da demişdim ki, müdafidə alışdıq. Futbolçularıma təşəkkür edirəm ki, rəqibin ad-sanından qorxmadılar, döyüşdülər. Mən də elə bunu istəyirdim. Belə oyunların çoxluğu çempionatımız üçün də yaxşıdı. Nə qədər çox belə gərgin oyunlar olsa, maraq bir o qədər çox olar. Uşaqlara təşəkkür edirəm ki, liderin qarşısında zəif olmadıq. Şəhriyarın zədələnməsi planlarımızı pozdu. O oynasaydı, ən azı "Qarabağ”ın qol vurduğu epizodda daha etibarlı oynaya bilərdik”.

- Sona yaxın yorulmağınız, fiziki hazırlığınızın aşağı olması ilə bağlı oldu, yoxsa ehtiyat oyunçular skamyanzın qısa olması probem yaratdı?
- "Qarabağ”a qarşı yox, başqa kluba qarşı oynasaydıq sona qədər duruş gətirərdik. Sadəcə, "Qarabağ” top komandadır və bir az tempi artırdığı üçün bizə çətin oldu.

- Qurban Qurbanov ot örtüyündən şikayətləndi...
- Ötən illə müqayisədə bu mövsüm ot örtüyü texikalı oynamağa imkan verir. Bizdə də texnikalı futbolçular var.

- Şəhriyar Əliyevin durumu necədir?
- Hələ dəqiq biinmir. Amma ümid edirəm ki, ciddi bir şey olmayacaq.