Futbolçular Fariz Yusifovu istəyir? - Sorğu

futbolcular-fariz-yusifovu-isteyir
Oxunma sayı: 1185

Fevralın 19-u Topaz Premyer Liqasının 19-cu turunun oyunları keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, turun mərkəzi görüşü Qəbələ şəhər mərkəzi stadionunda oynanılacaq. 

Şəhərin eyniadlı komandası lider “Qarabağ”ı sınağa çəkəcək. Hər iki komanda üçün olduqca əhəmiyyətli olan matçda qalib gələn tərəf çempionluq üçün böyük addım atmış olacaq. Ağdamlılardan 3 xal geri qalan “Qəbələ” liderliyə yüksəlmək üçün mütləq meydandan qalibiyyətlə ayrılmalıdır.

Son zamanlar tərəflər arasında yaranan çəkişməli məqamlar matçı bir az da maraqlı və gərgin edir. Qarşılaşma üçün əsas müzakirə mövzularından biri hakimlikdir. Liderlərin savaşını kimin idarə edəcəyi mətbuatda, eləcə də sosial şəbəkələrdə geniş şəkildə müzakirə edilir. “Qafqazinfo” olaraq “matçı hansı hakim idarə etsin?” sualı ilə hər iki komandanın futolçularına müraciət etdik:

Qəbələ

Elvin Camalov (yarımmüdafiəçi): “Məncə qarşılaşmanı Fariz Yusifov idarə etsin. Fikrimcə, o, daha uyğundur”.

Filip Ozobiç (yarımmüdafiəçi): “Mən Azərbaycan hakimlərini tanımıram”.

Daniel Subotiç (hücumçu): “Azərbaycanlı hakimləri yalnız üz-üzə görəndə tanıyıram. Adlarını bilmirəm”.

Nika Kvekveskiri (yarımmüdafiəçi): “Hakimlər haqqında danışmaq istəmirəm”.

Cavid Hüseynov (yarımmüdafiəçi): “Fərqi yoxdur, kim olur-olsun”.

Rəşad Sadiqov (yarımmüdafiəçi): “Hansı hakim gəlirsə, fərq etməz. Sadəcə təmiz oyun idarə etsinlər. Meydanda mübarizə şəraitində kim qalib gəlirsə-gəlsin”.

Voyislav Stankoviç (müdafiəçi): “Mənim üçün fərqi yoxdur. Kim idarə edəcəksə, düzgünlük olsun. Mən futbolumu oynayacam”.

Rikardinyo (müdafiəçi): “Fikrimcə, hakimlik düzgün olsa, bəs edər. Biz əlimizdən gələnin ən yaxşısını edib qələbə qazanmalıyıq”.

Rasim Ramaldanov (müdafiəçi): “Əliyar Ağayev bizim son oyunumuzda hakim olduğu üçün təyin edilə bilməz. Fikrimcə, Fariz Yusifov olacaq”.

“Qarabağ”

Qara Qarayev (yarımmüdafiəçi): “Mən necə ad çəkə bilərəm? Kiminsə adını desəm, yanlış anlaşılar. Başqa oyun olsaydı, hansısa hakimin adını çəkərdim. Bu oyuna isə deyə bilmərəm”.

Rahid Əmirquliyev (yarımmüdafiəçi): “Bunun o qədər də əhəmiyyəti yoxdur. Amma istəyərdim ki, Əliyar Ağayev olsun”.

Elsevər