Fransalı hücumçu rəsmən “Qəbələ”də

fransali-hucumcu-resmen-qebelede
Oxunma sayı: 778

Qəbələ”nin Baqali Dabonu transfer etdiyi haqda xəbər vermişdik. 

Qafqazinfo” xəbər verir ki, “qırmızı-qaralar” fransalı hücumçunu ictimaiyyətə təqdim edib. 28 yaşlı Seneqal əsilli ön xətt oyunçusu ilə 2 illik müqavilə imzalanıb. Futbolçunun adı “Qəbələ”nin UEFA Avropa Liqasında iştirak ərizəsinə əlavə edilib.

Qeyd edək ki, “Loryan” klubunun yetirməsi olan Dabo karyerası ərzində “İvri” (2008-2011), “Kretey” (2011-2013, 2014-2016) və “İstr” (2013-2014) klublarının şərəfini qoruyub. Son 2 mövsümdə Fransa çempionatının 2-ci liqasında çıxış edən hücumçu “Kretey”də keçirdiyi 57 qarşılaşmada 6 qol vurub. Ümumiyyətlə isə Baqali bu liqada 87 matç keçirib, 11 dəfə rəqib qapılarına yol tapıb.