“Finalda favorit yoxdur” - Kasilyas “Real” – “Atletiko” görüşü haqqında

finalda-favorit-yoxdur
Oxunma sayı: 1294

Madrid “Real”ının keçmiş futbolçusu İker Kasilyas sabiq komandasının sabah Çempionlar Liqasının finalında “Atletiko”ya qarşı keçirəcəkləri oyundan danışıb.

Qafqazinfo” xəbər verir ki, o, finalda favorit olmadığını deyib: “Finalda favorit yoxdur. Heç zaman da belə oyunlarda üstün komanda olmur. 16 il əvvəl “Valensiya”ya qarşı oyuna çıxarkən hamı onları favorit sayırdı. Amma biz qələbə qazandıq. İki Madrid klubunun finalda oynaması İspaniya üçün əladır”.