FİFA Şehiçin baş məşqçisini cəzalandırdı

fifa-sehicin-bas-mesqcisini-cezalandirdi
Oxunma sayı: 634

FİFA Bosniya və Hersoqovina millisinin baş məşqçisi Mehmet Bajdareviçi cəzalandırıb. 

Qafqazinfo” xəbər verir ki, buna mütəxəssisin DÇ-2018-in seçmə mərhələsinin Yunanıstana qarşı oyunda (1:1) baş vermiş qalmaqalda iştirakı səbəb olub. Ali futbol qurumu həmin olaya görə mütəxəssisə 2 oyun və 5 min İsveçrə frankı məbləğində cərimə tətbiq edib.

Çalışdırıcı bu cəzaya görə DÇ-2018-in seçmə mərhələsində Cəbəllütariq və Yunanıstana qarşı keçiriləcək ev oyunlarını tribunadan izləməli olacaq.

Qeyd edək ki, "Qarabağ"ın futbolçusu İbrahim Sehiç də Bosniya və Hersoqovina millisinin üzvüdü.