FİFA Rusiya baş nazirinin müavini ilə bağlı təhqiqata başladı

fifa-rusiya-bas-nazirinin-muavini-ile-bagli-tehqiqata-basladi
Oxunma sayı: 1620

Beynəlxalq Futbol Federasiyasının (FİFA) Etika üzrə Komitəsinin İstintaq Palatası Rusiya baş nazirinin müavini və Rusiya Futbol İttifaqının prezidenti Vitaliy Mutko ilə bağlı ilkin təhqiqata başlayıb.

Qafqazinfo”nun “Daily Mail”ə istinadən xəbərinə görə, FİFA Ümumdünya Antidoping Agentliyinin (WADA ) müstəqil komissiyasının rəhbəri Riçard Maklarenin məruzəsinə əsaslanaraq Vitaliy Mutkonun rusiyalı idmançıların dopinqdən istifadəsinə dəstək göstərib-göstərmədiyini araşdırır. Əgər buna dair sübut tapılarsa, o zaman baş nazirin müavini futbolla bağlı istənilən sahədən kənarlaşdırılacaq, “Futbol üzrə Dünya Çempionatı – 2018” isə başqa bir ölkədə keçiriləcək.

Qeyd edək ki, Futbol üzrə Dünya Çempionatının 2018-ci il iyunun 14-dən iyulun 15-nə qədər Rusiyanın 11 şəhərində 12 stadionda keçirilməsi nəzərdə tutulub.