FİFA referimiz Hollandiya millisinin oyununu idarə edəcək

fifa-referimiz-hollandiya-millisinin-oyununu-idare-edecek
Oxunma sayı: 799

Beynəlxalq dərəcəli hakim Rəhim Həsənova UEFA tərəfindən növbəti təyinat verilib. “Qafqazinfo” xəbər verir ki, FİFA referisi gələn ay Hollandiyaya yollanacaq.

Həsənov və FİFA referi köməkçisi Namiq Hüseynov 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində oyunlar idarə edəcəklər.

Hakimlərimiz martın 23-dən 30-dək Hollandiyada keçiriləcək 4-cü qrupun oyunlarında iştirak edəcəklər. Bu qrupda Hollandiya, Polşa, Ukrayna və Şimali İrlandiya yığmaları mübarizə aparacaqlar.