FİFA Nuru Əliyevin komandasını yenə cəzalandırdı

fifa-nuru-eliyevin-komandasini-yene-cezalandirdi
Oxunma sayı: 666

FIFA 19.12.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq FIFA-nın Nizam-İntizam Komitəsinin “Rəvan” klubu haqqında qərar qəbul etdiyini bildirib.

Qafqazinfo” xəbər verir ki, “Rəvan” klubu ilə futbolçu Julio Sezar Mendes Moreira arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etməməsi səbəbindən klubun cari mövsüm aktivindən 6 xal silinməsi göstərilib.

Yuxarıda göstərilənləri nəzərə alaraq AFFA-nın İntizam Komitəsi tərəfindən aşağıdakı qərar qəbul edib: 1. Azərbaycan birinci divizionunda çıxış edən "Rəvan" FK-nın cari mövsüm aktivindən 6 xal silinsin. 

Qeyd edək ki, “Rəvan”ın sahibi iş adamı Nuru Əliyevdir.