FİFA-nı cəzalandırdılar

fifa-ni-cezalandirdilar
Oxunma sayı: 645

Dünya futbolu tarixində növbəti ilk yaşanıb.

Qafqazinfo” xəbər verir ki, Belçika məhkəməsi qitənin ali futbol qurumunu cərimələyib. Buna səbəb FİFA-nın 2015-ci ildə "Charleroi" klubunun fransalı yarımmüdafiəçi Lassana Diarranın transferinə haqsız şəkildə əngəl yaratması olub.

Belçika futbol federasiyası da sözügedən məsələdə iştirak etdiyi üçün cəzaya məruz qalıb. Kluba 6 milyon avro ödəniləcək.