FİFA millimizi darmadağın edən komandanı cəzalandırdı

fifa-millimizi-darmadagin-eden-komandani-cezalandirdi
Oxunma sayı: 824

FIFA 5 ölkənin futbol federasiyasını cəzalandırıb. “Qafqazinfo” xəbər verir ki, bunlar arasında DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Şimali İrlandiya da var.

Belə ki, İngiltərə millisi 35200, Şotlandiya və Uels 15600, Şimali İrlandiya 11700, İrlandiya isə 3900 funt-sterlinq dəyərində cərimələnib. Buna isə sözügedən millilərin oyun zamanı üzərində xaşxaş olan emblemli formalardan istifadə etməsi səbəb olub.

Xaşxaş Böyük Britaniyada münaqişələr zamanı həlak olanların xatirəsini yad etmək üçün simvol hesab edilir.

FİFA isə siyasi əhəmiyyət daşıdığı üçün bunu qadağan edib.

Qeyd edək ki, Şimali irlandiya millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində noyabrın 11-də millimizi 4:0 hesabı ilə məğlub etmişdi.