FİFA-dan tarixi qərar

fifa-dan-tarixi-qerar
Oxunma sayı: 1544

FİFA prezidenti Canni İnfantino dünya çempionatında komandaların sayının artırılması ilə bağlı irəli sürdüyü təklif haqda qərar qəbul edilib.

Qafqazinfo” xəbər verir ki, bu gün bu haqda rəsmi qərar qəbul edilib. Qərara əsasən, İnfantinonun ideyası qəbul olunub və 2026-cı ildən başlayaraq mundialda 48 komanda iştirak edəcək.

Reqlamentə görə, final mərhələsində iştirak edəcək 48 komanda hər birində 3 yığma olmaqla, 16 qrupda mübarizə aparacaq. Qrupda ilk 2 yeri tutan yığmalar pley-offa vəsiqə qazanacaq.

Dünya çempionatına Avropadan 16, Afrikadan 9,5 (bir yığma digər qitədən olan komanda ilə pley-off qarşılaşması keçirəcək), Asiyadan 8,5, KONMEBOL-dan 6,5, KONKAKAF-a 6,5, Okeaniyadan 1 komanda yollanacaq.