“Feyenoord”un futbolçusu rəsmən millimizdə

feyenoordun-futbolcusu-resmen-millimizde
Oxunma sayı: 1474

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti məlum olub. “Qafqazinfo” xəbər verir ki, Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında 20 futbolçu çıxış edir.

Onlar arasında Kiyev “Dinamo”su, “Feyenoord”, “Ştutqart” kimi xarici klubların da üzvləri də var. Bunlar Dmitri Fastov (“Dinamo”, Kiyev, Ukrayna), Ozan Can Kokcu(“Feyenoord” Hollandiya), Oleq Hüseynov, Taşkın Sertan (hər ikisi “İnter”), Əli Nuri (“Kəpəz”), Fəhmin Muradbəyli, Sənan Əlizadə (hər ikisi “Neftçi”), Elnur Cəfərov (“Duqopolye”, Xorvatiya), İlyas Səfərzadə, Kamran Nəsirov, Mahir Mədətov (hamısı “Qarabağ”), Qismət Alıyev, Ramil Həsənov, Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Roman Hüseynov (hamısı “Qəbələ”), Təyyar Məmmədov (“Səbail”), Serkan Baloğlu (“Ştutqart”, Almaniya), Xəyal Nəcəfov, Yusif Nəbiyevdi (hər ikisi “Sumqayıt”).

Adı siyahıda göstərilənlərdən əlavə, Rusiya və Türkiyə klublarının üzvü olan bir neçə futbolçunun toplanış dövründə baxışa dəvət olunması nəzərdə tutulub.