“Fənərbaxça” qapısından 4 qol buraxdı - Video

fenerbaxca-qapisindan-4-qol-buraxdi
Oxunma sayı: 1452

Türkiyə Superliqasında 20-ci tura start verilib. “Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

“Osmanlıspor” doğma meydanda “Sivasspor”la üz-üzə gəlib və 4:0 hesablı qələbə qazanıb. Gözlənilməz nəticə isə Antalyada qeydə alınıb. “Fənərbaxça” ilə qarşılaşan “Antalyaspor” 4:2 hesablı qalibiyyət əldə edib.

Türkiyə Super Liqası
20-ci tur

5 fevral

“Osmanlıspor” – “Sivasspor” - 4:0
Qollar: Rusesku, 18, Torxe, 45, Ndaye, 75, Güvən, 86

“Antalyaspor” – “Fənərbaxça” - 4:2
Qollar: Eto, 40, Danilo, 54, Makun, 56,Aytac, 90+4 - Bruno Alves, 84, van Persi, 90+6 (pen.)