“Fənərbaxça”nın futbolçusuna UEFA-dan ağır cəza

fenerbaxcanin-futbolcusuna-uefa-dan-agir-ceza
Oxunma sayı: 930

UEFA "Fənərbaxça"nın baş məşqçisi Vitor Pereyra və futbolçular Alper Potuk və Volkan Şeni cəzalandırıb.

Qafqazinfo” xəbər verir ki, buna sözügedən şəxslərin Avropa Liqasının 1/8 finalının finalında "Braqa"ya qarşı cavab matçında etdiyi hərəkətlər səbəb olub. Rəqibə qarşı kobud oynadığı üçün qırmızı vərəqə alan A.Potuk 3 oyunluq cəzalanıb. Tribunaya göndərilən V.Pereyraya 1 matçlıq cəza tətbiq olunub.

Ən ağır cəza V.Şenə verilib. Qırmızı vərəqə aldıqdan sonra meydanı tərk edən zaman qarşılaşmanın hakimi İvan Bebeki itələyən V.Şen 2016-cı il dekabrın 31-dək UEFA-nın təşkil etdiyi bütün turnirlərdən uzaqlaşdırılıb. Bundan başqa, "Fənərbaxça" 15 min avro məbləğində cərimələnib.