“Fənərbaxça”dan qələbə

fenerbaxcadan-qelebe
Oxunma sayı: 1305

Türkiyə superliqasında 21-ci turun oyunlarına start verilib.

“Qafqazinfo”nun məlumatına görə, ilk oyun günündə “Fənərbaxça” öz meydanında “Kasımpaşa” ilə üz-üzə gəlib. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Xalını 49-a çatdıran İstanbul təmsilçisi liderliyini bir qədər də möhkəmləndirib.

Qollar: Dieqo, 37 (1:0), van Persi, 45+1-pen. (2:0), Alper, 75 (3:0), Malki, 87 (3:1).