Fanatlar polislərə hücum çəkdi - 23 nəfər yaralandı

fanatlar-polislere-hucum-cekdi
Oxunma sayı: 1076

Almaniya Bundesliqasının 20-ci turunda "Şalke”nin "Volfsburq”u məğlub etdiyi oyundan (3-0) sonra xuliqanlarla qarşıdurmada 23 polis xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, dəmiryol vağzalının yaxınlığında "Şalke”nin fanat qruplaşmalarından biri qonaq azarkeşləri qoruyan polislər üzərinə hücum çəkib. Xuliqanlar polislərin üzərinə yanacaq dolu qablar ataraq klublardan birində gizləniblər.

Uzun danışıqdan sonra xuliqanlar gizləndikləri yeri tərk ediblər. Polis 143 nəfərin kimliyini təsbit edib. Axtarış zamanı onların gizləndiyi klubda narkotik maddələr də aşkarlanaraq götürülüb.