Əvvəl Löv, sonra Prosineçki

evvel-lov-sonra-prosinecki
Oxunma sayı: 1460

DÇ-2018-in seçmə mərhələsində martın 26-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.

"Qafqazinfo" AFFA-nın saytına istinadən xəbər verir ki,  qonaqların çalışdırıcısı Yoahim Löv media mənsubları qarşısına daha əvvəl çıxacaq.

25 mart Almaniya milli komandası

Saat 17:00. Mətbuat konfransı

Saat 17:45. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

25 mart Azərbaycan milli komandası

Saat 19:30. Mətbuat konfransı
Saat 20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Hər iki məşq və mətbuat konfransı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.