“Əvəzetmələri telefonla Samir Abasov edirdi...”

evezetmeleri-telefonla-samir-abasov-edirdi
Oxunma sayı: 1011

Azərbaycan Premyer Liqasının 6-cı turunun son oyununda səfərdə “Neftçi”ni məğlub edən “Sumqayıt”ın məşqçisi Seymur Rəhimov oyunsonrası mətbuat konfransında jurnalitslərin suallarını cavablandırıb.

Qafqazinfo” xəbər verir ki, Samir Abasov cəzalı olduğundan mətbuat konfransında onu əvəz edən Rəhimov matçla bağlı bunları deyib:

- Gərgin oyun keçdi. 3 xal həm “Neftçi”yə, həm də bizə lazım idi. Şükür ki, biz qazandıq. Hər oyuna qələbə üçün çıxırıq. Tapşırıqlar düzgün yerinə yetiriləndə, nəticə də yaxşı olur.

- Rail Məlikovun oyunundan razı qaldız?

- Məlikov təcrübəli futbolçudu. Bu gün bir az zədəsi də var idi. Buna görə erkən əvəzləməli oldum.

- Əvəzetmələri telefonla Samir Abasov edirdi...

- Bəli, bunu əvvəlcədən planlaşdırmışdıq.