Ərsun Yanalın Ramil Şeydayev planı

ersun-yanalin-ramil-seydayev-plani
Oxunma sayı: 1107

Türkiyə Super Liqasında mübarizə aparan “Trabzonspor” klubu hücum xəttində sıxıntılar yaşayır.

"Qafqazinfo" xəbər verir ki, 5 oyundan sonra yalnız Qara Dəniz təmsilçisi yalnız 3 qol vurub. Həmin 3 qola isə yarımmüdafiəçilər imza atıb. Böyük ümidlərlə heyətə cəlb edilən Hun Yun Suk və Fabio Kastilyo isə 5 turdan sonra susublar. Bundan əlavə Muhammed Dəmir də mövsümə yaxşı başlamayıb. “Trabzonspor”un digər 2 hücumçusu Dame Ndoye və millimizin üzvü Ramil Şeydayev isə Super Liqada debüt şansını qazanmayıb.

Kastilyonun komandaya uyğunlaşmaması və Sukla dəmirin formada olmaması “Trabzonspor”un baş məşqçisi Ərsun Yanalı Ndoye və Şeydayevə şans verməy məcbur edir.

Millimizin üzvünün “Karabükspor”la Super Liqanın 6-cı turunda keçiriləcək matçda debüt edəcəyi gözlənilir.