Ermənini məğlub edən idmançımız qələbəni - Şəhidlərə həsr etdi

ermenini-meglub-eden-idmancimiz-qelebeni
Oxunma sayı: 5530

Xəbər verdiyimiz kimi, 56 kq çəki dərəcəsində ölkəmizi təmsil edən dünya çempionu Cavid Çələbiyev yarımfinal görüşündə Ermənistan boksçusu Aram Avaqyanı 30:25 hesabı ilə məğlub edib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdən sonra açıqlama verən Cavid erməni boksçu üzərində qazandığı qələbəni işğal olunmuş torpaqlarımız uğrunda canlarından keçən qəhrəman Azərbaycan oğullarının əziz xatirəsinə həsr etdiyini bildirib:

“Qazandığım vacib qələbəyə görə çox sevincliyəm. Erməni boksçu üzərində qazandığım qələbəni şəhidlərimizin əziz xatirəsinə həsr edirəm. Bildirmək istəyirəm ki, hər birimiz vətənimiz uğrunda canımızdan keçməyə hər an hazırıq. Biz hər birimiz Ali Baş Komandanın əmrini gözləyirik və vətən uğrunda döyüşməyə hazırıq”.