Erməni idmançı “Dağlıq Qarabağ” bayrağı ilə kürsüyə çıxdı

ermeni-idmanci-dagliq-qarabag-bayragi-ile-kursuye-cixdi
Oxunma sayı: 2955

Azərbaycan Rusiyanın Xabarovsk şəhərində kyokuşin-karate üzrə keçirilən dünya çempionatında təxribatla üzləşib. “Qafqazinfo” "vesti.az"a istinadən xəbər verir ki, bu, yarışın qaliblərinin mükafatlandırılması zamanı yaşanıb.

Dünya çempionu olan, Ermənistanı təmsil edən Artur Aruşanyan kürsüyə "Dağlıq Qarabağ"ın separatçı rejiminin “bayrağı” ilə çıxıb.

Həmyerlimiz Almaz Həsənov bildirib ki, 60 kq çəki dərəcəsində yarışan erməni idmançını qızıl medalla Rusiyanın prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, karate üzrə 5-ci dan sahibi Yuri Trutnev təltif edib.

"Platinum Arena"da baş verənlərlə bağlı danışan Həsənov bunları deyib: "Arenada yığmamızın üzvləri ilə yanaşı, azərbaycanlı azarkeşlər də var idi. Lakin məni narahat edən onlardan heç birinin bu amilə diqqət yetirməməsi oldu. Heç kim erməni idmançının hərəkəti ilə bağlı çempionatın təşkilatçılarına şikayət etmədi" – deyə o qeyd edib.