“Emil Balayev haqqında qərarımızı verməmişik”

emil-balayev-haqqinda-qerarimizi-vermemisik
Oxunma sayı: 1288

Xəbər verdiyimiz kimi, milli komandamızın qolkiperi Emil Balayev Almaniyanın "Ayntraxt" Braunşveyq klubunun düşərgəsindədir.

Qafqazinfo” xəbər verir ki, II Bundesliqada çıxış edən klubun idman direktoru Mark Arnold Balayevlə bağlı fikirlərini bildirib:

"Qapıçı mövqeyimizi gücləndirmək istəyirik və axtarışlarımız davam edir. Emil Balayev bir müddətdir ki, klubdadır, amma onunla bağlı son qərarımızı verməmişik. Həmçinin komandaya daha bir qapıçı qoşulub. Polşalı qolkiper Vojçiex Pavlovski də məşqlərimiz də iştirak edəcək. O, Polşanın aşağı yaş millilərində forma geyib və son klubu "Udineze" olub. Onu 2-3 gün ərzində sınaqdan keçirəcəyik. Daha sonra Emil Balayev və Pavlosvski barədə yekun qərar veriləcək".