Emil Balayev “Ayntraxt”ı tərk edir

emil-balayev-ayntraxti-terk-edir
Oxunma sayı: 1162

“Ayntraxt" Bundesliqanı tərk etmək təhlükəsi ilə üzləşib. Almaniya Bundesliqasında mübarizə aparan "Ayntraxt" klubunun şərəfini qoruyan Emil Balayev mövsümün sonunda komandadan ayrıla bilər.

Qafqazinfo” Almaniya mətbuatına istinadən xəbər verir ki, Bundesliqada 17-ci pillədə qərarlaşan "Ayntraxt" II Bundesliqaya düşmək təhlükəsi ilə üzləşib. Mövsümün sonunda komandadan bir neçə futbolçu göndəriləcək. Məlumatda bildirilir ki, Frankfurt təmsilçisini Emil Balayevin də tərk edəcəyi gözlənilir.

Qeyd edək ki, "Ayntraxt"ın 3-cü qapıçısı olan Emil Balayev klubunda debüt etməyib. Bundan əlavə, Balayev mövsümü zədə səbəbindən erkən başa vurub.