Emil Balayev “Ayntraxt”dan göndərildi

emil-balayev-ayntraxtdan-gonderildi
Oxunma sayı: 1495

Almaniya Bundesliqasında mübarizə aparan "Ayntraxt" Frankfurt klubu azərbaycanlı qolkiper Emil Balayevlə yolları ayırıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə klubun idman direktoru Brun Hübner məlumat verib.

Bundan əlavə, komandanı Yannik Zummak, Marko Russ, Makoto Hasebe, Soni Kitel, Konstant Cakpa və Ben Hatira da tərk edib.

Qeyd edək ki, 2014-cü ildə "Ayntraxt"a transfer olunan Emil Balayev Frankfurt təmsilçisinin heyətində rəsmi oyunda debüt edə bilməyib.