Elvin Məmişzadə və Albert Səlimov finalda - Fotolar

-elvin-memiszade-ve-albert-selimov-finalda
Oxunma sayı: 1655

Qətərin paytaxtı Dohada boks üzrə keçirilən dünya çempionatında azərbaycanlı idmançılar Elvin Məmişzadə, Albert Səlimov və Pərviz Bağırov yarımfinal görüşlərinə çıxıblar.

“Qafqazinfo” xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizədə Məmişzadə əlcəzairli Muhammed Flissi ilə üz-üzə gəlib. Təmsilçimiz rəqibini nokautla məğlub edib.

Digər boksçumuz Albert Səlimov də yarımfinalda qalib gəlib. O, brazilityalı Konseysao üzərində 3:0-lıq qələbə əldə edib. Pərviz Bağırov isə 69 kq çəkidə qazaxıstanlı Daniyar Yeleusinova uduzub.

Qeyd edək ki, hər 3 boksçumuz 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya oyunlarına vəsiqə qazanıb.