Elnur Cəfərovun komandasının oyununda qalmaqal - Video

elnur-ceferovun-komandasinin-oyununda-qalmaqal
Oxunma sayı: 1375

Azərbaycanlı futbolçu Elnur Cəfərovun çıxış etdiyi "Duqopole" klubu Xorvatiyanın II Divizionunda evdə "Sesvete" ilə bərabərə qalıb - 2:2.

Qafqazinfo” xəbər verir ki, bu matç böyük qalmaqalla yadda qalıb.

Hesab 2:1 ev sahibi komandanın xeyrinə olarkən qonaqlar penalti qazanıb. Ancaq oyunun baş hakimi Tino Kreçak "Sesvete"nin oyunçusu Ante Aralitsanın qolunu qeydə almayıb.

Tor deşik olsa da, bu, referinin gözündən yayınıb. Qonaq komandanın etirazı nəticə verməyib. Buna baxmayaraq, "Sesvete" 90+5-ci dəqiqədə məğlubiyyətdən qaçmağı bacarıb.

Elnur Cəfərov bu oyunda iştirak etməyib.