Elmar Vəliyevin oğlu işə qarışdı - “Kəpəz”in problemi həll olundu

elmar-veliyevin-oglu-ise-qarisdi
Oxunma sayı: 5178

Bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsində Moldovanın “Daçiya” klubu ilə qarşılaşacaq “Kəpəz” böyük problemdən qurtulub.

Klubdan “Qafqazinfo”ya verilən məlumata görə, Gəncə klubu son anda 2 yeni transferinin keçidini həll etməklə bugünkü oyuna itkisiz çıxmaq imkanı əldə edib.

Məsələ ondadır ki, qərblilər bu gün Moldova “Daçiya”sı ilə qarşılaşmaya yeni transferləri Renan da Silva Alveş və Manuel Kosta Kaneyro (Serjinyo) olmadan çıxa bilərdi. Portuqaliya “Jil Visente”si və “Trofense”sindən alınan əcnəbilərin transferində problem yaranmışdı. Onlara görə klublarına müəyyən məbləğ ödənməliydi ki, futbolçuların “Kəpəz”in heyətində rəsmi matça çıxması mümkün olsun. Bu, yalnız az öncə həllini tapıb. Müşkülə çevrilən məsələ bu gün səhər saatlarında yoluna qoyulub.

“Kəpəz”in prezidenti Elmir Vəliyevin işə qarışmasından sonra lazım olan məbləğ ödənilib və futbolçuların “Daçiya”ya qarşı oynamasında problem qalmayıb. İşin son saatlaradək yubanması xoş olmasa da, hər halda mövcud maliyyə çətinliklərini aradan qaldırmaq mümkün olub.

İndi “Kəpəz”in baş məşqçisi Şahin Diniyev hər iki oyunçunun xidmətindən oyunun ilk dəqiqələrindən etibarən istifadə edə biləcək.