Əliyar Ağayevin idarə etdiyi final oyunu - Video

eliyar-agayevin-idare-etdiyi-final-oyunu
Oxunma sayı: 977

Almaniyada təşkil edilən 19 yaşadək futbolçular arasında Avropa çempionatına yekun vurulub.

"Qafqazinfo" xəbər verir ki, həlledici oyunda Fransa və İtaliya milliləri üz-üzə gəliblər. FİFA referimiz Əliyar Ağayevin idarə etdiyi oyunda Fransa yığması 4:0 hesabı ilə qalib gələrək qitə çempionu olub.

Ağayev oyunda 7 dəfə əlini cibinə atmalı olub. Həmyerlimiz 2 dəfə fransızları, 5 dəfə isə italyanları sarı vərəqə ilə cəzalandırıb.

U-19 Avropa çempionatı, final

24 iyul

Fransa 4 - 0 İtaliya
QOLLAR: Yan-Kevin Auqustin, 6, Lüdovik Blas, 19, Lukas Tusart, 82, İssa Diop, 90+2.