Əliyar Ağayevə daha bir təyinat - DÇ-2018-in oyununda

eliyar-agayeve-daha-bir-teyinat
Oxunma sayı: 1572

 Azərbaycanlı FİFA referisi Əliyar Ağayev 2018-ci il dünya çempionatının Avropa qitəsi üzrə seçmə qrup mərhələsinin oyununa təyinat alıb.

Qafqazinfo” report.az-a istinadən xəbər verir ki, bu barədə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Əliyar Ağayev noyabrın 13-də keçiriləcək oyunlardan birini idarə edəcək. 29 yaşlı referinin hansı görüşdə iş başında olacağı yaxın günlərdə açıqlanacaq.