Əliyar Ağayev səhv etdiyini boynuna aldı

eliyar-agayev-sehv-etdiyini-boynuna-aldi
Oxunma sayı: 1376

Ölkə kubokunun yarımfinal mərhələsinin və Azərbaycan Premyer Liqasının 31-ci turunda verilən hakim qərarlarının bu gün AFFA-da keçirilən toplantıda müzakirə olunacağını xəbər vermişdik.

Qafqazinfo” xəbər verir ki, müzakirələrdə kubokun yarımfinalının “Neftçi” - “Qəbələ” matçında (1:1) verdiyi qərarlarla tənqid obyektinə çevrilən Əliyar Ağayev çıxış edib. Referi “Qəbələ”nin təmiz penaltisini vermədiyini boynuna alıb: “Aleksey Qayın epizodunda təmiz penalti idi, səhv eləmişəm. Qayın simulyasiya etdiyini düşünmüşdüm. O anda onun simulyasiya etdiyinə əmin idim. Amma sonra televizorda baxanda, penalti olduğunu gördüm. Bəhanə axtarmağa ehtiyac yoxdu, təmiz penalti idi”.