Əliyar Ağayev Rusiya millisinin oyununda

eliyar-agayev-rusiya-millisinin-oyununda
Oxunma sayı: 880

Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev növbəti beynəlxalq oyununu idarə edəcək. “Qafqazinfo” xəbər verir ki, həmyerlimiz milli komandaların matçına təyinat alıb.

Ağayev sentyabrın 6-da keçiriləcək Rusiya və Qana yığmaları arasında yoldaşlıq oyununda baş hakim olacaq. Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq.

Qeyd edək ki, Rusiya – Qana oyunu Moskvadakı “Lokomotiv” stadionunda keçiriləcək.