“Elə bildim ki, qol deyil, uşaqlar sevinəndə inandım” - Rәşad Sadıqov

ele-bildim-ki-qol-deyil-usaqlar-sevinende-inandim-
Oxunma sayı: 2772

Xəbər verdiyimiz kimi, Avropa Liqasının pley-off mərhələsinin cavab görüşləri çərçivəsində , “Qarabağ” İsveçin “Göteborq” klubunu 3:0 hesabı ilə məğlub edib və qrup mərhələsinə vəsiqə qazanıb.

Qafqazinfo” xəbər verir ki, oyundan sonra “Qarabağ”ın oyunçusu Rәşad Sadıqov fikirlərini bildirib:

“Hamınızı tәbrik edirәm. Bu, hamımızın qәlәbәsidir. Qorxu var idi ki, yenә alınmasın. Amma şükürlәr olsun. Yaxşı oldu. Nәticә dә oyuna görә oldu. Böyükhesablı qәlәbә gözlәmirdim. Meydança çox pis idi. Amma şәrait hәr iki komanda üçün eyni idi. Yenә dә baxımlı oynamağa çalışdıq. Azarkeşlәrdən zövq aldıq. Vurduğum qola sevinmәmәyimә gәlincә, bir anlıq tәrәddüd elәdim. Düşündüm ki, qol deyil. Sonra uşaqlar sevindi vә inandım. İlk qolu mәşq elәmişdik. Sәhәr mәşqindә bunu çalışmışdıq”.