Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi Radik İsayev dünən yığmamızla birlikdə vətənə qayıdıb. “Qafqazinfo” xəbər verir ki, qızıl medalçımız hava limanında jurnalistlərə açıqlama verib.
İsayev bunları deyib: “Qızıl medal münasibətilə Azərbaycanı təbrik edirəm. Bu təkcə mənim yox, hamının uğurudur. Yarışdan əvvəl nəsə demək çətin idi. Amma ümidim böyük idi. Olimpiya çempionu olmaq əla hissdir. Digər komanda yoldaşlarımın bəzilərinin bəxti gətirmədi. Yoxsa daha yaxşı nəticələrlə dönərdik”.