“Ehtiyalı olmalıyıq…” - “Tottenhem”in futbolçusu

ehtiyali-olmaliyiq-
Oxunma sayı: 818

Sabah keçiriləcək “Qarabağ” - “Tottenhem” oyunundan əvvəl hər iki komandanın nümayəndələri mətbuat konfransı keçiriblər.

Oyunöncəsi “Tottenhem”in futbolçusu Kerian Tripper jurnalistlərin suallarını cavablandırıb:

- Uzun müddәtdir oynamırsız. Çәtin olmayacaq?

- Bu şansı dәyәrlәndirmәk istәyirәm.

- Uzun sәyahәt sizә pis tәsir edәcәk?

- Oyuna motivasiya olmuşuq. Yorğunluğu belә atacağıq.

- Növbәti mәrhәlәyә keçsәniz, әsas heyәtdә özünüzə yer edә bilәcәksiz?

- Bunun üçün әlimdәn gәlәni edәcәm. Çalışacam ki, özümә yer edim. Baş mәşqçinin etimadını qazanmaq istәyirәm.

- Avroliqa ilә yanaşı Premyer Liqada da özünüzü göstәrә bilәcәksiz?

- Rәqabәt hәr yerdә var. Fikrimcә, biz buna hazırıq.

- "Qarabağ" haqqında nә deyә bilәrsiz?

- Topu özlәrindә yaxşı saxlayırlar. Әks-hücumlarda da tәhlükәli komandadır. Ehtiyalı olmalıyıq vә ciddi hazırlaşmışıq.

Elsevər