Əfsanə “Liverpul”a geri döndü

efsane-liverpula-geri-dondu
Oxunma sayı: 1619

Futbol kariyerasını bitirən Stiven Cerrard məşqçi kimi fəaliyyətə başlayacaq.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Cerrard keçmiş klubu olan “Liverpul”un Akademiyasında məşqçi kimi işləyəcək.

O, təxminən 2 ay öncə peşəkar futbolçu kariyerasını bitirib. 36 yaşlı Cerrard son olaraq “Los Angeles Galaxy” klubunda çıxış edib.

Qeyd edək ki, “Liverpul”da ilk oyununa 1998-ci ildə çıxan Stiven Cerrard 710 qarşılaşmada 186 qol vurub.