Eder “Qəbələ”yə qarşı oynamayacaq

eder-qebeleye-qarsi-oynamayacaq
Oxunma sayı: 1014

“Lill”in hücumçusu Ederin Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Qəbələ” ilə matçda iştirak edib-etməyəcəyinə aydınlıq gəlib.

Qafqazinfo” xəbər verir ki, portuqaliyalı futbolçu bu gün keçiriləcək görüşdə meydana çıxmayacaq. Belə ki, Ederin adı oyunun iştirak ərizəsinə daxil edilməyib. Portuqaliya yığmasının heyətində AÇ-2016-da çempion adını qazanan Eder istirahətini erkən başa vuraraq, “Lill”in düşərgəsinə təyin olunan vaxtdan 1 həftə tez qayıtmışdı. Onun “Qəbələ” ilə görüşdə meydana çıxmaq şansı yüksək dəyərləndirilirdi. Lakin proqnozlar özünü doğrultmayıb. Baş məşqçi Frederik Antonetti Azərbaycan təmsilçisi ilə qarşılaşmada Ederə ehtiyac duymayıb. AÇ-2016-nın final görüşündə qol vuraraq, ölkəsinə çempionluq qazandıran Ederin “qırmızı-qaralar”la 1 həftə sonra Bakıda keçiriləcək cavab matçında da iştirakı sual altındadı.

Qeyd edək ki, bu gün Fransada keçiriləcək “Lill” – “Qəbələ” matçı Bakı vaxtı ilə 21:00-da başlanacaq.