“Düşüncәlәrimizdә yanılmadıq” - Şükürov

dusunclrimizd-yanilmadiq
Oxunma sayı: 937

Topaz Premyer Liqasında 20-ci turun qarşılaşmaları davam edir.

"Qafqazinfo" xəbər verir ki, "Sumqayıt" doğma meydanda "Zirə"yə 0:2 hesabı ilə uduzub.

"Kapital Bank Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Adil Şükürov qələbəni belə şərh edib: "Komandanın oyunundan tam razı qalmadım. Amma əsas 3 xal idi, onu da qazandıq".

- Fasiləyə üstün hesabla yollanmışdız. Futbolçularınıza çoxluqda da müdafiədən oynamağı tapşırmışdınız?

- Rəqibin açılmasını gördük və öz oyun üslubumuza sadiq qalaraq, “Sumqayıt”ın qapısı önündə daha çox qol epizodları yaradacığımızı düşünürdük. Düşüncələrimizdə yanılmadıq.