Dünya çempionatını ikinci yerdə başa vurduq

dunya-cempionatini-ikinci-yerde-basa-vurduq
Oxunma sayı: 1280

Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı başa çatıb.

Qafqazinfo” xəbər verir ki, çempionatda Azərbaycan yığması 53 xal toplayaraq komanda hesabında ikinci yeri tutub.

Çempionatda Rusiya Federasiyası 61 xalla birinci, Ukrayna isə 52 xalla üçüncü yerə layiq görülüb.

Sərbəst və yunan-Roma güləş üzrə yarışlarda iştirak edən idmançılarımız 9 medal, o cümlədən 2 qızıl, 4 gümüş və 3 bürünc medal qazanıblar.

Azərbaycanın Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandasının qatıldığı hərbçilərin güləş üzrə dünya çempionatında 35 ölkədən 300-dən çox idmançı iştirak edib.