Dünən öpdü, bu gün döydü

dunen-opdu-bu-gun-doydu
Oxunma sayı: 2073

Çempionlar Liqasınını 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq “Real” – “Napoli” oyununu stadiondan canlı izləmək üçün Madridə təşrif buyuran əfsanəvi argentinalı futbolçu Dieqo Armando Maradona qalmaqala səbəb olub. 

Qafqazinfo” xəbər verir ki, bu günlərdə FİFA-nın rəsmi səfiri təyin olunan veteran futbolçu qaldığı oteldə sevgilisi Rosio Olivaya fiziki təzyiq göstərib. Onun qadını döydüyü bildirilir.

Qeyd edək ki, Maradona və Oliva 14 fevral tarixində çəkirdikləri fotoları sosial şəbəkə hesablarında paylaşaraq Müqəddəs Valentin Gününü (Sevgililər günü) qeyd ediblər. Bu gün isə əfsanəvi futbolçu Olivaya əl qaldırıb. Lakin Maradonanın sevgilisi polislərə döyülmədiyini bildirsələr də, araşdırmalar aparılır.