“Dərs çıxarmalıyıq...”

-ders-cixarmaliyiq
Oxunma sayı: 649

Topaz Premyer Liqasının XIX turunda baş tutan “İnter” – “Zirə” oyunu 1:1 hesablı bərabərliklə başa çatıb. "Qafqazinfo" xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Zaur Svanadze fikirlərini bildirib:

“Hər iki komanda yaxşı futbol sərgilədi. Oyunda daha çox mübarizənin şahidi olurduq, ona görə baxımlı oyun alınmadı. Çalışacağıq ki, “Qarabağ”la oyunda baxımlı futbol sərgiləyək. Səhvlərimizdən dərs çıxarmalıyıq”.

- Necə düşünürsüz, nəticə sizin üçün qənaətbəxşdi?

- Rəqib azlıqda qaldıqdan sonra müdafiəyə oturdu. Məncə, ədalətli nəticə elə heç—heçə idi.