Deputat velosiped sürdü - Fotolar

deputat-velosiped-surdu
Oxunma sayı: 3578

Bu gün Prezident yanında Gənclər Fondunun və Nərimanov Rayon İcra Hakimiyyətinin maliyyə dəstəyi, Azərbaycan Velosiped İdmanı Federasiyası, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “İslahatlı Gənclər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Nərimanov rayonunda “Təmiz şəhər naminə hərəkətdə ol!” adlı veloyürüş keçirilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, veloyürüşün keçirilməsində məqsəd şəhərimizin ekologiyasını qorumaq, gənc nəsildə sağlam həyat tərzinin təbliği və onların asudə vaxtını daha da səmərəli təşkil etmək, velosiped idmanının inkişaf etdirilməsindən və s. ibarətdir.

Yürüşdə Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Milli Məclisin deputatları Adil Əliyev, Hikmət Babaoğlu, Şahin İsmayılov, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavinləri Şahmar İbadov, İlqar Mirzəyev, Rəşid Ağayev, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Təhsil üçün gənclər mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə və bir sıra dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə yanaşı 150 nəfərə yaxın gənc iştirak edib.

Həmçinin yürüşdə velosiped üzrə olimpiya çempionları Aleksandr Averin, Tamara Polyakova iştirak edib.
Veloyürüşdə 5000 metr məsafə qət edilib.