Daha bir “qızıl” qazandıq

daha-bir-qizil-qazandiq
Oxunma sayı: 2602

Meksikanın Qvadalaxara şəhərində olimpiya oyunlarına son lisenziya xarakterli turnir başa çatıb.

Qafqazinfo” xəbər verir ki, turnirin üçüncü günü də Azərbaycan millisi üçün uğurlu olub.

Elmar Qasımov (-100 kq) millimizin aktivinə daha bir qızıl medal yazdırıb.

Beləliklə, 2 qızıl, 2 bürünc medal əldə edən Azərbaycan millisi 51 ölkənin qatıldığı “World Masters”i kişilərin sıralamasında 1-ci, ümumi sıralamada 2-ci pillədə başa vurub.

Qeyd edək ki, 51 ölkədən 235 idmançının (117 kişi, 118 qadın) mübarizə apardığı “World Masters” turnirində Azərbaycan millisi 7 cüdoçu ilə təmsil olunub.